AZ

Rusiyada Azərbaycan diasporasının rəhbəri Yusif Xəlilov həbs edilib

Azpost saytına istinadən ain.az xəbər verir.

Rusiyada Azərbaycan diasporunun lideri və Voronejdəki ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.

AzPost bildirir ki, bu barədə Rusiyanın telegram kanalları məlumat yayıb.

Qeyd edək ki, iyulun 1-də bir qrup Rusiya xüsusi təyinatlısı Yusif Xəlilovun evinə gəlib. Evində axtarış aparıblar, sonra sərbəst buraxılıblar. Avqustun 16-da Xəlilov yenidən saxlanılıb. O, rüşvət verməkdə şübhəli bilinir. Hazırda Xəlilov ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb.

Xəlilov Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.

Xatırladaq ki, Bakı ilə Moskva arasında münasibətlər 2025-ci il iyunun sonunda FSB-nin Yekaterinburqda azərbaycanlıların evlərinə basqın etməsindən sonra pisləşib.

Əməliyyat zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bir neçə gün əvvəl Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həbs edilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
azpost.info

10Mənbələr