AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində QƏRAR VERİLDİ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. pizza hut

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.


Telegram kanalımız
Seçilən
26
28
yenisabah.az

10Mənbələr