AZ

Bağırov körpüsünün üzərində hərəkət məhdudlaşdırılacaq

BAKI, 18 avqust, TELEQRAF

Avqustun 18-i saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhərinin Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Seçilən
5
50
teleqraf.com

10Mənbələr