AZ

Azərbaycanın prinsipal mövqeyi Moskva ideoloqlarının xoşuna gəlmir Millət vəkili

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avqustun 18-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə irimiqyaslı PUA zərbəsi Azərbaycanın SOCAR şirkətinin obyektlərinin alovlanmasına səbəb olub. Ukrayna KİV-nin yaydığı məlumata görə, hücum nəticəsində kanalizasiya nasos stansiyası dağıdılıb. Yerli sakinlərə və müəssisə işçilərinə zərər dəyməyib. Bundan əvvəl Azərbaycanla Ukrayna Rusiya tərəfindən qaz kompressor stansiyasına hava zərbələrinin endirilməsini pisləmişdi.

Millət vəkili Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün qorunması məsələsində prinsipial mövqe nümayiş etdirir. Onun sözlərinə görə, bu mövqe təbii olaraq Moskva ideoloqlarının xoşuna gəlmir:

“Artıq bütün dünyaya məlumdur ki, Rusiyanın Ukraynada apardığı müharibə ədalətsiz müharibədir. Azərbaycan da ərazilərinin 20 faizinin uzun müddət Ermənistanın işğalında olmasından əziyyət çəkən ölkə olub. Bu baxımdan istər Ukrayna, istərsə də dünyanın istənilən yerində ərazi bütövlüyü ilə bağlı məsələlərə rəsmi Bakınının mövqeyi birmənalıdır. Bu prinsipiallıq istər ali kürsələrdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini səsləndirməsi, istərsə də edilən humanitar yardımlarda əksini tapır.

Elə buna görədir ki, Yekaterinburqda və digər şəhərlərdə Rusiya polisi tərəfindən azərbaycanlılara qarşı əməliyyatlar, saxlanmalar həyata keçirilir və biz təəəssüf ki, ölüm hallarının belə şahidi olduq. Xüsusilə bu hadisələrin ardınca SOCAR-ın Odessadakı neft bazasına PUA ilə hücum edilməsi isə artıq sırf hüquq-mühafizə məsələsindən çıxaraq, siyasi və strateji çalarlar daşımağa başlayıb”.

Azərbaycanın baş verənlərə reaksiyası təmkinli və diplomatic olduğunu qeyd edən millət vəkili hesab edir ki, emosional addımlar atmadan, beynəlxalq hüquq çərçivəsində münasibətləri idarə etməyə üstünlük verir:

“Enerji təhlükəsizliyinin şaxələndirməsi son illər geosiyasi və iqtisadi baxımdan prioritet istiqamətlərdən biri kimi ön plana çıxıb. Son illərdə ölkəmiz yalnız Avropa deyil, Cənub-Şərqi Avropa, Balkanlar və Orta Asiya bazarlarına enerji ixracını artırmağa çalışır. Unutmayaq ki, Azərbaycan bərpa olunan enerji potensialına görə Xəzər regionunda önəmli aktora çevrilməkdədir. Bundan başqa Azərbaycan yaxın gələcəkdə mayeləşdirilmiş təbii qaz və hidrogen enerjisi sahəsində də bazara çıxmaq niyyətindədir. Ümumiyyətlə, Azərbaycan bütün siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, uğurlu inkişaf kursunu davam etdirir”, - deyə Aydın Hüseynov əalvə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
50
metbuat.az

10Mənbələr