AZ

İsmayılovların vəkilindən qatilin azadlığa çıxmasına reaksiya

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Etimad İsmayılovun iyrənc hücumda həlak olması onun ailəsində dərin yaralar açıb. Müvəkkilimin ailəsi adından bu faciəvi hadisənin səbəbkarı Gözəl Dəmirov barəsində başlanmış məhkəmə prosesini diqqətlə izləyirik”.

Bunu Gununsesi.info-ya İstanbulda qətlə yetirilən iş adamı Etimad İsmayılovun ailə vəkilləri Rövşən Zərbəliyev və Mehmet Okatan, qətli törədən Gözəl Dəmirovun azadlığa çıxması barədə xəbəri şərh edərkən deyiblər.

Vəkillər saytımıza təqdim etdiyi açıqlamada daha sonra bəyan edib:

“Ədalətin bərqərar olması üçün bütün lazımi hüquqi addımlar atılıb. Şikayətlərimiz aidiyyatı orqanlara çatdırılıb və proses boyu bütün hüquqi addımlar atılılıb, üstəlik, bu, davam etdirilir. Mərhumun həyat yoldaşı, qardaşı və vəkilləri olaraq bu işi sona qədər davam etdirəcəyik. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq və günahkar qanun çərçivəsində layiq olduğu cəzanı alacaq. “Haqq nazilər, amma heç vaxt üzülməz”.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
25
icma.az

10Mənbələr