AZ

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 28 milyard 841 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 949 milyon dollar və ya 7,4% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 5,4% azalaraq 15 milyard 227 milyon ABŞ dollarına, idxalı isə 26,1% artaraq 13 milyard 614 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 1 milyard 612 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,3 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
7
banco.az

10Mənbələr