AZ

Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu 3 dəfədən çox azalıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28 841.8 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 7.3% çoxdur.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 5.4% azalaraq 15 227 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 26.1% artaraq 13 614.8 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 1 612.2 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3.3 dəfə az olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
apa.az

10Mənbələr