AZ

“Rabitəbank” cərimələndi

Mərkəzi Bank "Rabitəbank" ı cərimələyib.

Milli.Az xəbər verir ki, "Rabitəbank" ASC 15.07.2025-14.08.2025-ci il tarixlərində manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlayıb.

Bu səbəbdən də Mərkəzi Bank "Rabitəbank"ı 1857 manat cərimələyib. 

Qeyd olunub ki, bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması" Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.

Mehman Əsədov
Milli.Az

Seçilən
14
20
milli.az

10Mənbələr