Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı hökm Binəqədi rayon Məhkəməsində verilib.
Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib. Dəniz Əsədova barəsində digər hökm də bu cəzasına birləşdirilib. Ümumilikdə Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə qəti olaraq 8 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən 7ay azadlıqdan məhrum edilib.
“Cebheinfo.az”