AZ

Pezeşkian ABŞ-yə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-də BMT-nin illik toplantısında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə İran Prezident Aparatının Əlaqələr və informasiya məsələləri üzrə müavini Seyid Mehdi Təbatəbai məlumat verib.

Onun sözlərinə görə, Pezeşkianın Nyu-Yorka səfəri çərçivəsində Amerika rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə dəqiq qərar yoxdur: 

“Düşünürəm ki, cənab Prezidentin BMT-yə səfəri sentyabrın 23-də baş tutacaq. Lakin istər ölkədə, istərsə də diplomatiya sahəsində proseslərin tempi çox sürətlidir, buna görə də bu suala dəqiq cavab verə bilmirəm”, - deyə siyasətçi vurğulayıb.

Təbatəbai qeyd edib ki, Pezeşkianın Avropa liderləri ilə görüş keçirməsi gözlənilir və bu məsələdə heç bir məhdudiyyət yoxdur. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
50
missiya.az

10Mənbələr