AZ

Laçının işğalı zamanı yaxınlarını itirən şəxs ifadə verdi


Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadə verib.
Yeniavaz.com
xəbər verir ki, o, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib.
Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub.
Ç.Alməmmədov onların Ağcabədi rayonunda dəfn edildiyini deyib.
Seçilən
32
50
yeniavaz.com

10Mənbələr