AZ

Əliyar Ağayev “Polesye” - “Fiorentina” matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün ilk pley-off matçına təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər xəbər verir.

Belə ki, 37 yaşlı referi “Polesye” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim kimi çalışacaq. Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) təyin edilib.

Xatırladaq ki, oyun avqustun 21-də Slovakiyanın Preşov şəhərindəki “Tatran” stadionunda keçiriləcək.

Seçilən
26
16
arena.az

10Mənbələr