Ukrayna Prezidenti Zelenskinin Vaşinqtona çatdıqdan sonra yazdığı ilk mesaj dünyada ciddi müzakirələrə səbəb olub. Müxtəlif nəzəriyyələr, versiyalar irəli sürülür. Kimisi deyir ki, Zelenski bu mesajı ilə güzəştə gedəcəyini bəyan edir, kimisi də əksini düşünür.
Hurriyyet.az Zelenskinin rəsmi teleqram kanalından götürülən həmin mesajın məzmununu təqdim edir:
“Mən artıq Vaşinqtondayam. Sabah ABŞ prezidenti ilə, eləcə də Avropa liderləri ilə görüşəcəyik. ABŞ prezidentinə dəvət üçün təşəkkür edirəm. Biz hamımız istəyirik ki, bu müharibə tez və dayanıqlı sülh ilə bitsin. Bu dəfə əvvəlki illərdə olduğu kimi olmamalıdır – nə 1994-cü ildə verilən, amma işləməyən ‘təhlükəsizlik zəmanətləri’, nə də Krım və Donbasın güzəştə gedilməsi təkrar olunmamalıdır”.
Ukrayna lideri vurğulayıb ki, bu gün ukraynalılar müstəqillik və torpaqlarını qorumaq uğrunda inadla mübarizə aparırlar:
“Ukraynalılar 2022-ci ildən sonra nə Kiyivi, nə Odessanı, nə də Xarkovu vermədilər. Bu gün Donetsk və Sumı istiqamətlərində ordumuzun uğurları var. Əminəm ki, ölkəmizi müdafiə edəcəyik, real təhlükəsizlik zəmanətləri qazanacağıq”.
Zelenski, həmçinin, ABŞ prezidenti Trampa, amerikalılara və Avropa tərəfdaşlarına göstərdikləri dəstəyə görə təşəkkür edib:
“Bizim xalqımız prezident Trampa, Amerikadakı hər kəsə və bütün tərəfdaşlara dəstəyə görə minnətdardır. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. Mən inanıram ki, ABŞ-la, Avropadakı dostlarımızla birgə gücümüz Rusiyanı həqiqi sülhə məcbur edəcək”.
Musavat.com