AZ

"Qarabağ" Macarıstana yollandı

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la səfər matçında iştirak etmək üçün Macarıstana yola düşüb.

Publika.az xəbər verir ki, komanda bu gün saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə Budapeşətə uçub.

Komandanın səfər proqramının detalları da məlumdur. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Seçilən
8
50
publika.az

10Mənbələr