AZ

Metrodan istifadə edən DÜNYA MƏŞHURLARI - SİYAHI

İctimai nəqliyyat növü olan metrodan istifadə edən bir çox dünya məşhurları var. Onlar bəzən tıxacda qalmamaq üçün üçün bu nəqliyyat vasitəsinə üstünlük verirlər. Bəzi hallarda isə bu, ictimaiyyət arasında "normal" qalmaq arzusu və ya şəxsi həyatdakı sadəlik istəyi ilə bağlı olur.

BAKU.WS metrodan istifadə edən bəzi dünya məşhurlarının siyahısını təqdim edir:

Aktyor Kianu Rivz

Sadə həyat tərzi ilə tanınan aktyor tez-tez metroda görüntülənir. 2011-ci ildə Nyu-York metrosunda yerini qadına verdiyi video viral olmuşdu.

Müğənni Beyons və reper həyat yoldaşı Cey-Zi

Cey-Zi 2012-ci ildə "Brooklyn Nets" konsertinə Nyu-York metrosu ilə getmişdi. Beyons da onu müşayiət edirdi. İnsanlarla söhbət etdikləri videolar var.

Aktyor Ceyk Cillenhol 

Ceyk Cillenhol  Nyu-Yorkda metroda tez-tez görüntülənib. Özünü gizlətmədən, qulaqlıqla səyahət edir.

Müğənni Zeyn Malik

Zeyn Malik London metrosundan istifadə edərkən pərəstişkarları tərəfindən çəkilmişdi.

Aktrisa Enn Heteuey

Enn Heteueyin Nyu-York metrosunda kitab oxuyarkən şəkilləri yayılmışdı. Sadə və təvazökar görünüşü ilə diqqət çəkmişdi.

Müğənni Rihanna

London metrosundan istifadə edib və hətta bu barədə sosial mediada paylaşım etmişdi. Konsertə metro ilə getdiyini demişdi.

Aktyor Hyu Cekmən 

Hyu Cekmən  Nyu-York metrosunda tez-tez görüntülənir. Cəmiyyətlə iç-içə olmağı sevdiyini bildirir.

Müğənni Ledi Qaqa

Londonda və Nyu-Yorkda metrodan istifadə etdiyi anlar görüntülənib. 

Seçilən
60
6
far.az

10Mənbələr