2024-cü ildə 14-17 yaşda olanlar tərəfindən 472 cinayət törədilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bir ildə 285 yeniyetmə məhkum olunub.
2023-cü il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb.
2022-ci illə müqayisədə cinayət törədən qadınların sayında 5,9% artım müşahidə olunub.
Cinayət məsuliyyətinə cəlb olunmuşların 59,5% əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,8% əvvəllər də cinayət törətmiş şəxslərdir
Daxili İşlər Nazirliyinin 2023-cü il hesabatına görə Azərbaycanda 36811 cinayət hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisindən 0,9% çoxdur.
Bundan əvvəl Numbeo” analitik informasiya təşkilatının yanvarda açıqlanan hesabatına görə, Azərbaycan Cənubi Qafqaz üzrə cinayət indeksində 146 ölkə arasında 114-cü yerdə qərarlaşıb. 2022-ci il Azərbaycan bu statistika üzrə 111-ci yerdə olub.
Aytac