AZ

 “Neftçi” ilk turda qalib gələ bilməyib

Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Palms Sports Arena”da (“Neftçi Arena”) gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Bir gün əvvəl keçirilmiş "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında  açılış oyununda qalib müəyyənləşməyib - 1:1.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
91
22
azerbaijan-news.az

10Mənbələr