AZ

Senator Qrem Donald Trampa məsləhət verib

AzVision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, amerikalı respublikaçı senator Lindsi Qrem belə açıqlama səsləndirib.

“Prezident Trampa və Dövlət katibi Marko Rubioya məsləhətim belədri:siz Putini inandırmalısınız ki, əgər bu müharibə ədalətli və vicdanlı şəkildəbitməsə və Ukrayna güzəştə getməsə, biz Rusiya iqtisadiyyatını məhv edəcəyik”,- siyasətçi deyib.

Onun sözlərinə görə, ABŞ-nin öz təhdidlərini həyata keçirmək imkanı var. Bu müstəvidə Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək lazımdır.

Bundan əvvəl Dövlət katibi Marko Rubio ABŞ hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini bildirib. Çünki bu, Ukrayna üzrə sülh danışıqlarının başa çatması demək olardı. Rubio vurğulayıb ki, keçmiş prezident Co Bayden administrasiyası tərəfindən qoyulan məhdudiyyətlər“münaqişənin gedişinə təsir etməyib”.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
35
21
azvision.az

10Mənbələr