AZ

Zelenski Krım və NATO üzvlüyündən imtina etməklə müharibəni bitirə bilər - SENSASİON AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni demək olar ki, dərhal həll edə bilər. 

Olaylar.az xəbər verir ki, Tramp bu fikirlərini özünə məxsus Truth Social hesabında paylaşıb:  "Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə, ya da mübarizəni davam etdirə bilər. Hər şeyin necə başladığını xatırlayın. Krımın (12 il əvvəl, bir dəfə də olsun güllə atılmadan Obama tərəfindən verilib) qaytarılmaması və Ukraynanın NATO-ya qoşulmaması. Bəzi şeylər heç vaxt dəyişmir".

Tramp əlavə edib ki, bazar ertəsi Ağ Ev üçün "böyük gün" olacaq: "Heç vaxt bu qədər çox avropalı lider ABŞ prezidentinin iqamətgahını ziyarət etməmişdi. Yalançı media deyəcək ki, prezident Tramp üçün gözəl Ağ Evimizdə bu qədər böyük Avropa liderini qəbul etməsi uğursuzluqdur. Əslində, bu, Amerika üçün böyük şərəfdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
50
olaylar.az

10Mənbələr