AZ

Rusiya PUA-ları SOCAR-ın Odessadakı obyektini vurdu » AzadMedia.az


Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ötən gecə Ukraynanın Odessa şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Avqustun 17-də axşam saatlarında Odessada partlayışlar baş verib. Bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib. Monitorinq kanallarının məlumatına görə, 30-a qədər hücumçu PUA müxtəlif istiqamətlərdən Odessaya doğru hərəkət edib.

SOCAR-ın yanacaqdoldurma məntəqəsininin "Şahed" dronu ilə vurulduğu bildirilib.
Seçilən
24
42
azadmedia.az

10Mənbələr