AZ

Tramp-Zelenski görüşünün başlama saatı AÇIQLANDI

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Roll Call" qəzeti Ağ Evin cədvəlinə istinadla məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 20:00-da Avropa ölkələrinin liderləri Ağ Evə gələcəklər. Bakı vaxtı ilə saat 21:00-da Tramp Zelenskini qarşılayacaq, bundan sonra onlar Bakı vaxtı ilə saat 21:15-də görüşə başlayacaqlar. Bakı vaxtı ilə saat 22:15-də ABŞ rəhbəri Avropa liderlərini salamlayacaq. Bakı vaxtı ilə saat 22:30-da birgə şəkil çəkdirəcəklər. Trampın Avropadan olan siyasətçilərlə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün əvvəl "Bild" Trampın Avropa liderlərinin iştirakı ilə Zelenski ilə görüşməyəcəyini yazmışdı. Media mənbələrinin məlumatına görə, Ağ Ev rəhbəri əvvəlcə Ukrayna Prezidenti ilə təkbətək danışıqlar aparacaq, daha sonra onlara Aİ və NATO nümayəndələri də qoşulacaq. Onlar birgə işçi naharda iştirak edəcək və geniş tərkibdə Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər.

Seçilən
14
50
publika.az

10Mənbələr