AZ

Tramp Zelenskini Krımdan imtina etməyə çağırır

Tramp

“Əgər Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, Rusiya ilə müharibəni dərhal dayandıra, ya da döyüşməyə davam edə bilər”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Tramp qeyd edib ki, hər şeyin necə başladığını xatırlayın: “Obama Krımı Rusiyaya vermişdi (12 il əvvəl, bir güllə belə atılmadan!), bunu artıq geri qaytarmaq mümkün deyil və Ukrayna NATO-ya daxil ola bilməz. Bəzi şeylər heç vaxt dəyişmir".

Tramp yazıb ki, bazar ertəsi Ağ ev üçün "böyük gün" olacaq: “Daha əvvəl bu qədər çox avropalı lider ABŞ prezidentinin iqamətgahını ziyarət etməyib. "Saxta Xəbərlər Mediası" deyəcək ki, prezident Tramp üçün gözəl Ağ evimizdə bu qədər böyük Avropa liderini qəbul etmək böyük məğlubiyyətdir. Əslində, bu, Amerika üçün böyük şərəfdir".

E. KAMAL
Seçilən
66
50
reyting.az

10Mənbələr