AZ

Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər

Volodimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni demək olar ki, dərhal həll edə bilər.

Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth social" şəbəkə hesabında yazıb.

"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər və ya döyüşə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Bəzi şeylər heç vaxt dəyişmir", - o qeyd edib.

Tramp əlavə edib ki, bazar ertəsi Ağ Ev üçün "böyük gün" olacaq, heç vaxt bu qədər çox avropalı lider ABŞ prezidentinin iqamətgahını ziyarət etməmişdi. "Saxta Xəbərlər Mediası deyəcək ki, Prezident Trump üçün gözəl Ağ Evimizdə bu qədər böyük Avropa liderini qəbul etmək böyük itkidir. Əslində, bu, Amerika üçün böyük şərəfdir", - o, növbəti yazısında yazıb.

Seçilən
67
50
operativmedia.az

10Mənbələr