Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərə qarşı bir müddət öncə sosial şəbəkədə yazdığı ifadələrə görə ictimaiyyətdən üzr istəyib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.
Baş nazir nalayiq ifadəsini özündə qüsur kimi qeyd edərək, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməli olduğunu bildirib.
Paşinyan üzr istəməsinin səbəbini isə tolerantlıq, demokratik təsisatlara dözümlülük və hörmətlə izah edib.
Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı ifadələri ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.
Baş nazir qalmaqala səbəb olan fikrində bildirmişdi ki, kilsədə subaylıq andını pozan bütün ruhanilərin öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.
10Mənbələr
-
news24.azPaşinyan xalqdan üzr istədi ( 20431635)
-
senzor.azPaşinyan üzr istədi: ( 20435466)
-
azpost.infoPaşinyan Erməni Apostol Kilsəsindən üzr istəyib ( 20435181)
-
azpost.infoPaşinyan Erməni Apostol Kilsəsindən üzr istəyib ( 20435172)
-
herbiand.azPaşinyan üzr istədi ( 20434863)
-
tribunainfo.azPaşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib ( 20434611)
-
tribunainfo.azPaşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib ( 20434608)
-
az.trend.azPaşinyan kilsə ilə bağlı dediyi sözlərə görə üzr istəyib ( 20434080)
-
ikisahil.azPaşinyan kilsənin ünvanına səsləndirdiyi kobud ifadələrə görə üzr istəyib ( 20433783)
-
apa.azPaşinyan kilsə ilə bağlı kobud ifadələrə görə üzr istəyib ( 20433780)