Futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Çelsi" doğma meydanda "Kristal Pelas"ı qəbul edib. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.
"Nottinqhem Forest" doğma meydanda "Brentford"la üz-üzə gəlib və qələbəyə sevinən tərəf olub.
"Arsenal" isə səfərdə "Mançester Yunayted"in qonağı olub və minimal hesabla qalib gəlib.