AZ

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 18 avqust tarixində ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və digər Avropa liderləri ilə görüşmək məqsədilə Vaşinqtona səfər edəcək.

Azreform.info xəbər verir ki, bu barədə məlumatı Sky News yayıb.

Bildirilir ki, görüşdə iştirak etmək üçün Vaşinqtona Almaniya kansleri Fridrix Mers, İtaliyanın Baş naziri Corca Meloni, Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da gələcək.

Bloomberg öz mənbələrinə istinadla əlavə edib ki, görüşdə NATO-nun yeni Baş katibi Mark Rütte də iştirak edəcək.

Bundan əlavə, Bild nəşri yazır ki, yüksək ehtimalla Böyük Britaniyanın Baş naziri Kir Starmer də tədbirdə iştirak etmək üçün Vaşinqtona yollanacaq.

Qeyd edək ki, bu görüşün əsas mövzusunun Ukrayna müharibəsi və təhlükəsizlik məsələləri olacağı gözlənilir.(milli.az)

Seçilən
42
28
azreform.info

10Mənbələr