AZ

Tramp Belarusda 1,3 min məhbusun azad olunacağına ümid etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Belarus hakimiyyəti tərəfindən tezliklə daha 1 300 məhbusun azad olunacağına ümid etdiyini bildirib...

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial media hesabında yazıb.

"Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1 300 nəfər də tezliklə azad olunacaq!", deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, ABŞ lideri Alyaska görüşündən əvvəl belarus həmkarı ilə telefon danışığı aparmışdı.

Poliqon.info

Seçilən
20
11
poliqon.info

10Mənbələr