AZ

Putin sülh sazişində Ukrayna üçün kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib

“Rusiya prezidenti Vladimir Putin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib”.

Bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün CNN-ə bildirib.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi belə deyib:

“Biz elə bir razılığa gəldik ki, ABŞ və digər Avropa ölkələri faktiki olaraq NATO-nun 5-ci maddəsinə bənzər bir ifadəni təhlükəsizlik zəmanəti kimi təqdim edə bilsinlər”.

“Putin bildirib ki, Ukraynanın NATO-ya üzvlük onun üçün qırmızı xətdir. Ona görə də müzakirə etdiyimiz məsələ belə idi: əgər bu şərt qalırsa və ukraynalılar bununla razılaşa, demək olar ki, biz ABŞ-nin 5-ci maddəyə bənzər qorumasını təmin edə biləcəyi güzəştini əldə etdik. Təbii ki, hər şey ukraynalıların qəbul edə biləcəkləri həddə bağlıdır,” – deyə o vurğulayıb.

MənbəAPA
Seçilən
43
50
banker.az

10Mənbələr