Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Alyaskada Putin və Trampın sülh şərtlərini rədd edib.
APA xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
O vurğulayıb ki, ərazilərlə bağlı danışıqlar yalnız ABŞ-lə üçtərəfli formatda mümkündür, Donetsk Rusiyanın nəzarətində deyil və Konstitusiya torpaqdan imtina etməyə imkan vermir.
Zelenski qeyd edib ki, onların real danışıqlara ehtiyacı var, bu isə o deməkdir ki, həmin danışıqlar hazırda cəbhə xəttinin keçdiyi yerdən başlaya bilər, güclü ordu isə təhlükəsizliyin qarantıdır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bildirib ki, Ukrayna öz taleyini bazar ertəsi Vaşinqtonda müəyyən edəcək, Aİ sentyabra qədər 19-cu sanksiyalar paketini hazırlayacaq və ölkənin silahlanma məsələləri ilə bağlı heç bir məhdudiyyət olmayacaq.