Tammiqyaslı işğalın əvvəlindən Ukrayna və Rusiya əsir düşən 10 mindən çox hərbçini dəyişdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Facebook” sosial şəbəkəsində məlumat paylaşılıb.
“Təkcə son bir neçə həftə ərzində 1200-ə yaxın ukraynalı müdafiəçi vətənə qayıdıb”, – məlumatda qeyd olunub.
The Wall Street Journal məqaləsində HKİ (Hərbi Kəşfiyyat İdarəsi) rəhbəri Kirill Budanov müharibə zamanı ukraynalı əsirlərin azad edilməsi üçün kəşfiyyatın işinin necə qurulduğundan və ilk əlaqənin 2022-ci ilin martında baş verdiyindən danışıb. O qeyd edib ki, həmin zaman həlak olanların cəsədlərinin mübadiləsi barədə improvizə edilmiş razılaşma sistemli danışıqlar prosesinə doğru ilk addımlardan biri olub.
"Heç bir etimad yox idi. Döyüşlər Kiyevdən kənarda gedirdi, biz düşməni insanlarla mübadilə etməyə inandırmalı idik. Amma biz bir-birimizə güvənmirdik", - Budanov bildirib.