BAKI. 17 avqust. TELEQRAF
"Ərazi məsələləri yalnız Ukrayna və Rusiya liderləri arasında ABŞ-nin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə müzakirə oluna bilər".
Teleqraf xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya hələ üçtərəfli görüşün keçirilməsini istəmir:
"Vladimir Putin Donetsk vilayətində uğur qazana bilməyib. 12 il ərzində o, bu ərazini ələ keçirməyib”.