AZ

Vətəndaşlaran pul tələb edən jurnalist İlhami Nəsibov həbs edilib

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən İlhami Nəsibov polis tərəfindən saxlanılıb.

Day.Az-ın məlumatına görə, özünü sosial şəbəkələrdə fəaliyyət göstərən "Kanal-21" səhifəsinin administratoru və jurnalist kimi təqdim edən, 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur.

Məhkəmə qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Nəsibovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərin də müraciət edə biləcəyi bildirilib.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən təsdiqlənib.

Seçilən
34
33
day.az

10Mənbələr