Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Dövlət başçısı rusiyalı həmkarını Ankoricdə ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu münasibətilə təbrik etdi”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Tokayev sammiti Rusiyanın dünya miqyasında mövqeyinin möhkəmləndirilməsində sıçrayış adlandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.