AZ

Ursula Fon der Lyayen və avropalı liderlər Vaşinqtonda ABŞ və Ukrayna prezidentlərinin görüşündə iştirak edəcəklər

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə U.Lyayen X hesabında bildirib.

O, paylaşımında bu gün Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcəyini və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlarını bildirib.

U.Leyen, həmçinin Ukrayna Prezidentinin xahişi ilə avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti və Avropa ölkələrinin liderləri ilə keçiriləcək görüşdə iştirak edəcəyini açıqlayıb.

Almaniya mediasında yer alan xəbərlərə görə görüşdə Kansler Fridrix Merts də iştirak edəcək.

Seçilən
63
50
azerbaijan-news.az

10Mənbələr