AZ

Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu

Hamzat Çimayev ABŞ-nin Çikaqo şəhərində keçirilmiş UFC 319 turnirinin əsas döyüşündə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion kəmərinə sahib olub.

Hakimiyyet.az xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasında anadan olmuş və hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında çıxış edən Çimayev 84 kq-dək çəki dərəcəsində çempion olub.

Tərəflər arasında döyüş beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) Çimayev qalib gəlib.

Ümumilikdə, 31 yaşlı Çimayev MMA karyerası ərzində 15 döyüş keçirib və hamısında qalib gəlib. O, 2020-ci ildən UFC-də mübarizə aparır.

Seçilən
39
5
hakimiyyet.az

10Mənbələr