ain.az bildirir, Gununsesi portalına istinadən.
“Neftçi” ardıcıl 3-cü mövsüm Azərbaycan Premyer Liqasına qələbəsiz başlayıb.
Gununsesi.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” 2025/2026 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.
Bakı klubu 2023/2024 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.
Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009 mövsümlərində ardıcıl startda xal itirib. Komanda 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.
“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov isə yubiley oyununu keçirib. “Şamaxı” ilə qarşılaşma 23 yaşlı futbolçu üçün 100-cü olub. Səfərov bu matçlarda 5 qola imza atıb.
Debütü 2021/2022 mövsümünə təsadüf edən futbolçu “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib. O, Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.