AZ

Serbiyada iğtişaşlar: Xeyli sayda insan saxlanıldı

Avqustun 16-dan 17-nə keçən gecə Serbiyada baş vermiş iğtişaşlar nəticəsində altı polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

Bizim.Media "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, 27 nəfər paytaxt Belqradda, 29 nəfər isə Valyevo şəhərində saxlanılıb.

Etirazlar Valyevoda polis zorakılığını əks etdirən videonun sosial şəbəkələrdə yayılmasından sonra başlayıb. Bazar gününə keçən gecə hakim Serbiya Tərəqqi Partiyasının (SPP) ofisləri, şəhər administrasiyası, məhkəmə və prokurorluq hücumlara məruz qalıb.

Polisin gözyaşardıcı qazdan istifadə etdiyi Novi-Beoqrad rayonunda da iğtişaşlar baş verib.

Bizim.Media

Seçilən
56
24
bizim.media

10Mənbələr