Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artıb.
Bizim.Media “Geo News”a istinadən xəbər verir ki, Xeyber-Paxtunxva əyalətində 328, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfər həlak olub.
Daşqınlar Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi ərazilərdə evlərə, müəssisələrə və infrastruktura ciddi ziyan vurub.
Hayber-Paxtunxva əyalətində çoxsaylı ərazilər “fəlakət bölgələri” elan edilib. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahat olduqlarını və indiyədək Xeyber-Paxtunxvanın 11 rayonunda ümumilikdə 3817 nəfərin daşqınlardan zərər çəkdiyini açıqlayıblar.
Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta