AZ

Vidadi Babanlı dəfn edildi -FOTO


Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, yazıçının nəşi rayonun Birinci Şıxılı kəndinə gətirilib.

Daha sonra Vidadi Babanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində yazıçının ailə üzviləri, Qazax rayonun icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir


Vidadi
Vidadi
Vidadi
Vidadi
Vidadi
Seçilən
42
17
medicina.az

10Mənbələr