AZ

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub

Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

Yazıçının nəşi rayonun Birinci Şıxılı kəndinə gətirilib.

Daha sonra Vidadi Babanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dənf mərasimində yazıçının ailə üzviləri, Qazax rayonun icra hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.

Seçilən
32
18
news365.az

10Mənbələr