AZ

Putinin şok tələbləri: Müharibə bu halda dayandırılacaq

Avqustun 15-də Alyaskada keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Ukraynada müharibənin dayandırılması ilə bağlı bir sıra şərtlər təqdim edib. Ulusal.az xəbər verir ki, bu barədə Reuters Avropa, ABŞ və Ukrayna liderləri ilə müzakirələrdə iştirak edən mənbələrə istinadən məlumat yayıb.

Görüşdən sonra Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə danışaraq Putinin təkliflərinin əsas məqamlarını onlara çatdırıb. Mənbələrin bildirdiyinə görə, Moskvanın əsas tələbləri bunlardır:

Ukrayna qoşunlarının Donetsk və Luqanskdan tam çıxarılması;

Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin dondurulması;

Sumı və Xarkov vilayətlərində ümumilikdə 440 kvadrat kilometr ərazinin Ukraynaya qaytarılması;

Krımın Rusiya ərazisi kimi tanınması;

Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğvi (konkret olaraq Avropa, yoxsa ABŞ sanksiyaları olduğu dəqiq deyil);

Ukraynanın NATO-ya üzvlüyünə qadağa, əvəzində təhlükəsizlik zəmanətlərinin müzakirəsi;

Ukraynada rus dilinə müəyyən ərazilərdə və ya bütün ölkə üzrə rəsmi statusun verilməsi;

Ukrayna ərazisində Rus Pravoslav Kilsəsinin hüquqlarının bərpası.

Nə Moskva, nə də Vaşinqton hələlik bu şərtləri rəsmən təsdiqləməyib. Tramp isə sammitdən sonra Putinin təkliflərini “anlaşmaya kifayət qədər yaxın” adlandırıb, lakin yekun qərarın Ukraynadan asılı olduğunu vurğulayıb. Zelenskinin məsələni müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəyi gözlənilir.

Seçilən
63
50
moderator.az

10Mənbələr