Hamzat Çimayev ABŞ-ın Çikaqo şəhərində keçirilmiş UFC 319 turnirinin əsas döyüşündə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion kəmərinə sahib olub.
Bizim.Media RBK-ya istinadla xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasında anadan olmuş və hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında çıxış edən Çimayev 84 kq-dək çəki dərəcəsində çempion olub.
Tərəflər arasında döyüş beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) Çimayev qalib gəlib.
Ümumilikdə, 31 yaşlı Çimayev MMA karyerası ərzində 15 döyüş keçirib və hamısında qalib gəlib. O, 2020-ci ildən UFC-də mübarizə aparır.
Bizim.Media