Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə avqustun 17-də, gecə saat 1 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
Hadisə zamanı VAZ-21723 markalı minik avtomobili ilə evakuator toqquşub.
Hadisə nəticəsində minik maşınının sürücüsü, 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.