Bütün uşaqlara sevgi, təhlükəsizlik və imkanlar arzulayıram.
Bakıvaxtı.az Bakues.az xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Trampın əri vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi “sülh məktubu”nda deyilir.
“Valideyn olaraq biz gələcək nəslin ümidini bəsləməyə borcluyuq. Liderlər kimi biz bütün uşaqların gələcəyini təmin etməyə görə məsuliyyət daşıyırıq”, – “Fox News” telekanalının yayımladığı mətndə qeyd edilir.
O əlavə edib ki, hər bir həyatın başlanğıcında olan saflıq və məsumluq coğrafiyadan, siyasətdən və ideologiyalardan üstündür. ABŞ-nin birinci xanımı bildirib ki, müasir dünyada bəzi uşaqlar öz gələcəyini əlindən ala biləcək qüvvələrə səssiz müqavimət göstərməli olurlar.
“Cənab Putin, onların şən gülüşlərini yalnız siz qaytara bilərsiniz”, – Melaniya Tramp bildirib.
Onun sözlərinə görə, bu uşaqların məsumluğunu qorumaq üçün Rusiya liderinin sadəcə bir imzası kifayətdir.