BAKI. 17 avqust. TELEQRAF
Ağsu şəhərində 4 otaqlı ev yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmaz şəhərində isə ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 24 m² sahədə, tavanı və dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə Qax rayonunun İlisu kəndində baş verib.
Belə ki, ümumi sahəsi 10 m² olan taxta konstruksiyadan ibarət obyekt yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.