AZ

Melaniya Tramp Putindən xahiş edib ki...

ain.az, 525.az saytına istinadən bildirir.

ABŞ-nin birinci xanımı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubun məzmunu açıqlanıb.

525.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Bildirilib ki, xanım Tramp məktubunda Rusiya prezidentindən uşaqları qorumağı və sülhü təmin etməyi xahiş edib və qeyd edib ki, Putin bu məsələni "bir imza ilə" həll edə bilər:

“Bu günahsız uşaqları qorumaqla siz yalnız Rusiyaya deyil, bütün bəşəriyyətə xidmət etmiş olarsınız. Siz, cənab Putin, bu ideyanı bu gün bir imza ilə həyata keçirə bilərsiniz".

Melaniya Tramp məktubunda uşaqların qorunması məsələsinin coğrafiyadan, hökumətlərdən və ideologiyalardan daha önəmli olduğunu, yalnız Vladimir Putinin uşaqların gülüşünü geri qaytara biləcəyini vurğulayıb.

"Biz liderlər və valideynlər olaraq gələcək nəsilləri və uşaqlarımızı dəstəkləməyə borcluyuq. Biz hər bir ruhun oyanacağı və gələcəyin qorunacağı bir dünya yaratmağa çalışmalıyıq", - o, məktubunda qeyd edib.

Qeyd edək ki, məktubu Rusiya liderinə ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdə təqdim edib. Bu barədə əvvəlcə “Reuters” agentliyi Ağ evdən adı açıqlanmayan iki məmura istinadən xəbər verib. Onlar məktubun məzmununu açıqlamasalar da, onun Ukraynadakı münaqişə zamanı oğurlanması iddia olunan uşaqların taleyi ilə bağlı olduğunu qeyd ediblər.

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Rusiya lideri Vladimir Putinə münasibətinin müsbət olduğunu açıqlayıb. “Biz Putini yaxşı tanıyırıq və o, Melaniya Trampı çox bəyənir”, - deyə Tramp bildirib.

“Hill” qəzetinin məlumatına görə, konqresmen Don Bekon bildirib ki, Prezident Tramp həyat yoldaşının təsiri ilə Moskvaya daha sərt mövqe sərgiləməyə başlayıb. Hətta “The Times” qəzetinin yazdığına görə, Melaniya Tramp Ukraynaya hərbi yardım göndərilməsi ilə bağlı qərara da təsir göstərib. Prezident Tramp isə həyat yoldaşı Melaniyanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyindəki dəyişikliklərdə hansı rolunun olduğu ilə bağlı suala cavabında, “O, çox neytraldır. Çox ağıllıdır. Mənə bənzəyir: insanların ölməsini istəmir” - deyib.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa onun həyat yoldaşı Melaniya Trampı çox yüksək qiymətləndirdiklərini bildirib. Tramp bu barədə deyib: “Mən Putinə soruşdum ki, bəs mənim haqqımda nə düşünürsünüz? O isə cavab verdi ki, Melaniya daha çox bəyənilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
525.az

10Mənbələr