Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq.
Görüş saat 20:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib.
"Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta