AZ

Hakan Fidan və Andrey Sibiha arasında telefon danışığı baş tutub

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın XİN rəhbəri Andrey Sibiha ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə TASS agentliyinə Türkiyə XİN-dəki mənbə məlumat verib.

Məlumata görə, söhbət zamanı Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş danışıqlar müzakirə olunub.

Fidan söhbət zamanı “dayanıqlı sülhün yalnız Ukraynanı əhatə edən prosesin reallaşdırılması ilə mümkün ola biləcəyini” vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyə sülhə nail olmaq üçün diplomatik səyləri dəstəkləməyə davam edəcək və bu prosesə öz töhfəsini verməyə hazırdır.

Seçilən
38
50
apa.az

10Mənbələr