AZ

"Bavariya" Almaniya Super Kubokunu da qazandı

BAKI. 16 avqust. TELEQRAF

Almaniya çempionu "Bavariya" və ölkə kubokunun qalibi "Ştutqart" komandaları Superkubok uğrunda oyunda üz-üzə gəliblər.

Teleqraf xəbər verir ki, "Ştutqart Arena"da keçirilmiş görüş Münhen təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

İlk 2 qolu "Bavariya"nın futbolçuları vurub. Harri Keyn 18-ci, Luis Dias 77-ci dəqiqədə fərqlənib. 90+4-cü dəqiqədə isə Ceymi Levelinq təsəlli qolunun müəllifi olub.

Beləliklə, "Bavariya" yeni mövsümə titulla başlayıb. Klub 2008-ci ildən sonra ilk dəfə Tomas Müllersiz kubok qazanıb. Müller bu yay Kanada "Vankuver"inə keçib.

Seçilən
50
13
teleqraf.com

10Mənbələr