AZ

Alyaska sammitindən sonra dünya liderlərinin reaksiyası

Reuters: Gözləntilərə baxmayaraq sülh sazişi əldə olunmadı...

Poliqon xəbər verir ki, Alyaskada keçirilən ABŞRusiya sammitinin yekununda sülh sazişinin imzalanmaması dünya liderlərinin müxtəlif reaksiyalarına səbəb olub. Reuters Agentliyi onların açıqlamalarını təqdim edib.

İtaliya baş naziri Corca Meloni:

“Nəhayət, Ukrayna üzrə sülh müzakirələri üçün ümid işartısı yarandı. İtaliya Qərb müttəfiqləri ilə birlikdə öz töhfəsini verir”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen:

Avropa İttifaqı Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ ilə sıx əməkdaşlıq edir ki, ədalətli və davamlı sülhə nail olunsun. Bunun üçün Ukraynanın və Avropanın həyati əhəmiyyətli maraqlarını qoruyan etibarlı təhlükəsizlik təminatları vacibdir”.

Çexiyanın baş naziri Petr Fiala:

“Alyaska sammitinin nəticələri göstərir ki, ABŞ və müttəfiqləri sülh yolları axtardığı halda, Putin hələ də yalnız maksimal ərazi qazancları və sovet imperiyasını bərpa etməklə maraqlıdır”.

Macarıstanın baş naziri Viktor Orban:

“Uzun illər ərzində biz iki böyük nüvə dövlətinin əməkdaşlıq əsaslarını dağıtdığını və bir-birinə düşmən mesajları göndərdiyini müşahidə edirdik. İndi isə bu başa çatdı. Bu gün dünya dünənkindən daha təhlükəsizdir”.

Norveçin xarici işlər naziri Espen Bart Eyde:

“Putin tanış arqumentləri təkrar edərək müharibənin guya ‘əsas səbəbləri’ üzərində dayanır. Bu isə Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsinə pərdəli bəraətdir. Bizim mövqeyimiz aydındır: Rusiyaya təzyiq göstərmək və hətta onu gücləndirmək vacibdir ki, Moskva bu müharibənin qiymətini ödəməli olduğunu anlasın”.

Polşa prezidentinin xarici siyasət üzrə köməkçisi Marçin Pşidaç:

“Müharibə yalnız iki yolla başa çata bilər: ya tərəflərdən birinin kapitulyasiyası, ya da danışıqlar. Bizim üçün əsas məqsəd Rusiya Federasiyasının məğlubiyyətidir. Amma digər yol danışıqlardır və dünən aparılan dialoq da bunu göstərir. Hələlik konkret nəticə əldə olunmasa da, bu prosesin davam edəcəyi aydındır”.

Poliqon.info

Seçilən
50
50
poliqon.info

10Mənbələr